AZ

Rusiya MN: “Kiyev bunun üçün hər şeyi edir”

“Kiyev rejimi Rusiya-ABŞ razılaşmalarını pozmaq üçün hər şeyi edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir:

“Krım sahillərində gecə saatlarında Ukraynaya məxsus iki PUA vurulub. Onların hədəfi Qlebovskoye yeraltı qaz anbarı olub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Bryansk və Kursk vilayətlərindəki enerji obyektlərinə pilotsuz təyyarələrlə hücum edib”, – bəyanatda vurğulanıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Ukraynanın enerji obyektlərinə davam edən zərbələri ilə bağlı cavab vermək hüququnu özündə saxlayır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
147
konkret.az

1Mənbələr