AZ

Məşhur aktyor azadlığa çıxacaq

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən rusiyanın Əməkdar artisti Mixail Yefremov şərti azadlığa buraxılacaq.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, prokurorun sözlərinə görə, cinayət cəzasının məqsədi həyata keçirilib, buna görə Yefremovun artıq koloniyada qalmasına ehtiyac yoxdur.

Qeyd edilib ki, azadlığa buraxıldıqdan sonra aktyora 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək qadağan olunacaq.

Həmçinin məlum olub ki, aktyor koloniyada intizamı pozub. Məsələn, telefon istifadə edib və iş yerindən ayrılıb çay içməyə gedib. Azadlığa çıxmaq üçün etdiyi zəngə görə Yefremov beş gün müddətinə cəza izolyatoruna göndərilib.

Xatırladaq ki, 8 iyun 2020-ci ildə Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zaxarov dünyasını dəyişib.

Seçilən
39
1
bakivaxti.az

2Mənbələr