Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, ABŞ və Ukraynaarasında Qara dənizlə bağlı razılaşmaları alqışlayıb.
Trend xəbər verirki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikinbəyanatında bildirilir.
Bəyanatda qeyd olunub ki, mülki gəmilərin və limaninfrastrukturunun mühafizəsi üçün Qara dənizdə naviqasiyaazadlığına dair sazişin bağlanması qlobal ərzaq təhlükəsizliyi vətəchizat zəncirinə mühüm töhfə verəcək.
Düjarrik, Baş katibin bütün sülh təşəbbüslərini dəstəkləmək üçünvasitəçilik etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki,Quterreş ümid edir ki, bu cür səylər davamlı atəşkəsə gətiribçıxaracaq və Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhünbərqərar olmasına töhfə verəcək.
Qeyd edək ki, martın 25-də ABŞ və Rusiya Qara dənizdəgəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradanqaldırmaq və hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadəninqarşısını almaq barədə razılığa gəliblər.