maaşıyla belə dəbdəbəli həyat tərzinin sirri nədədir?.
Ulu öndərin “millətin gələcəyi” adlandırdığı bu sahədə illərdir ki, müxtəlif adlar altında islahatlar aparıldığı söylənilsə də sirr deyil ki, təhsil sistemi Azərbaycanın ən ağrılı yeri olaraq qalıbdır. Etiraf edək ki ,dövlət tərəfindən kifayət qədər diqqət və vəsait ayrılmasına baxmayaraq hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb.
Əlqərəz, yazdıqca qurtarmaz, deməklə bitməz hadisələr baş verir Abşeron-Xızı RTİ-də. Di gəl ki, sanki, ən böyük regional təhsil idarəsini İlhamə xanıma peşkəş eləyiblər, bəxşiş veriblər. Baş verənləri nə bir görən var, nə bir “dur” deyən tapılır. Abşeron Xızı RTİ-də təhsil adına bir rəzalət yaşanır, gələcəyimiz məhv edilir. Bunun bədəli ağır olacaq, çox ağır. Yəqin ki, bir gün qaranlıqlar aydınlığa çıxacaq, çox əməllər aşkarlanacaq. Onda bu gün susanlar hansı cavabı verəcək bilmirik…
Rəhmətlik Sabir bunları görsəydi deyərdi ki,
“At çölə getsin, nə dəbistandı bu,
Elm adına bir quru böhtandı bu,
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu”
NİCAT MAHMUDOV
Rubrika.az