Gürcüstanda narkotik ticarətində şübhəli bilinən dörd nəfər əcnəbi vətəndaş həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşı var. Onlar böyük həcmdə narkotik vasitələrin qeyri-qanuni əldə olunması və saxlanılmasında ittiham edilirlər.