AZ

Kosmik məkanda münaqişə və böhran riski artır - ABŞ generalı

Bakı. Trend:

Kosmik məkan bir sıra ölkələrin milli maraqları üçün getdikcədaha vacib hala gəlir. Bu isə gələcəkdə münaqişə və böhranlarasəbəb ola biləcək gərginliyin artmasına gətirib çıxaracaq.

Trend xəbər verirki, bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general ÇensZaltsman Mitçell adına Aerokosmik Tədqiqatlar İnstitutunun təşkiletdiyi seminarda bildirib.

“Kosmos bir çox ölkələrin milli maraqları üçün getdikcə dahaəhəmiyyətli olur. Bu da [ABŞ-nin] qarşılaşmalı olacağı gərginlik,münaqişə və böhranları artıracaq”, – o qeyd edib.

Zaltsmanın sözlərinə görə, Birləşmiş Ştatlar bu çağırışlarahazır olmalıdır.

“Hesab edirəm ki, biz elə bir trayektoriyadayıq ki, kosmik məkangələcəkdə hərbi əməliyyatların mühüm bir hissəsinə çevriləcək. Bunagörə də ABŞ Kosmik Qüvvələrinin bu çağırışlarla üzləşməyə hazırolmasını təmin etməliyik”, – Pentaqon rəsmisi vurğulayıb.

Seçilən
110
az.trend.az

1Mənbələr