Bakı. Trend:
Rumıniya 2025-ci ilin sonuna qədər hərbi və mülki məqsədlər üçünpilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayacaq.
Trend xəbər verirki, bunu iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziriBoqdan-Qruya İvan deyib.
"Prototip bu yay hazır olacaq və ilin sonunda seriya istehsalınabaşlanılacaq", - deyə Boqdan-Qruya İvan bildirib.
Nazir həmçinin qeyd edib ki, ilin sonuna qədər Rumıniyadapartlayıcı maddələrin istehsalına da başlanacaq. 2026-cı ilinikinci rübündən isə, ölkə Şimali Atlantika Alyansında istifadəedilən 155 kalibrli sursat istehsalına başlayacaq.