AZ

Gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alyaska ştatında pilot və iki uşaq yüngülmühərrikli təyyarənin gölə düşməsindən sonra möcüzəli şəkildə sağ qalmağı bacarıblar. Onlar qəzaya uğramış "Piper PA-12 Super Cruiser" təyyarəsinin qanadında təxminən 12 saat keçirərək, xilasetmə qrupu tərəfindən tapılana qədər yaşamaq üçün mübarizə aparıblar.
Oxu.Az "ABC News"ə istinadən xəbər verir ki, hadisə Alyaskanın Kenay yarımadasında yerləşən Tustumena gölü ərazisində baş verib.
Təyyarə radarlardan itdikdən sonra fəlakət siqnalı görünmədiyi üçün axtarış əməliyyatları çətinləşib. Lakin xilasetmə qrupuna kömək edən əsas amil qəza bölgəsində qeydə alınan mobil telefon siqnalı olub.
Maraqlıdır ki, növbəti gün pilot Terri Qodeser sosial şəbəkələrdə axtarış əməliyyatı haqqında məlumat aldıqdan sonra təyyarənin qalıqlarını görüb.
"Mən daha yaxına uçduğumda, qanadın üzərində oturan üç nəfəri gördüm. Onlar sağ idilər və mənə əl yelləyirdilər", - deyə o bildirib.
Pilot dərhal xilasetmə qrupuna məlumat verib və zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Təyyarə qəzasının səbəbləri araşdırılır.
Seçilən
76
50
oxu.az

10Mənbələr