AZ

180 min müsəlman Qədr gecəsini Qüdsdəki Əl-Əqsa məscidində keçirdi...-FOTO

Qüds İslam Vəqfləri İdarəsinin məlumatına görə, 180 minə yaxın müsəlman Ramazan ayının 27-si gecəsi Məscidül-Əqsada işa və təravih namazlarını qılıb. 
 
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.
 
İşğalçı İsrail rəsmilərinin İordan çayının qərb sahili sakinlərinin Qüdsə  gəlib çıxmasına və Əl-Əqsada namaz qılmasına mane olmağa davam etməsinə baxmayaraq, tarixi Fələstindən on minlərlə fələstinli Qədr gecəsini burada keçirmək üçün müxtəlif şəhər və kəndlərdən yüzlərlə avtobusla məscidə gedib.
 
Tarixi Fələstinin sakinləri müqəddəs ayda Əl-Əqsa məscidini canlandırmaq üçün yüzlərlə avtobus təşkil ediblər .   Ramazan ayının ilk günlərindən Qəzza və İordan çayının qərb sahili Məscidül-Əqsada  ibadət edənlərin dualarında xatırlanır("AFP" agentliyi).
Əvvəlki illərdə Qədr gecəsində ibadət edənlərin sayı dörddə bir milyonu ötüb. Bu il Ramazan ayı ərzində işğalçı hakimiyyət fəalların və keçmiş məhbusların Məscidül-Əqsaya getməsinə qadağa qoyaraq qadağa siyasətini gücləndirib ("Reuters").
 
Vəqf İdarəsi Qədr gecəsində zəvvarları qəbul etmək və onların ehtiyaclarını ödəmək üçün onlarla könüllü təşkil etdiyini bildirib ("Reuters").   İsrail hakimiyyəti İordan çayının qərb sahili sakinlərinə Əl-Əqsada namaz qılmağı qadağan etməkdə davam edir. 
 
Qüds sakinləri tarixi Fələstindən Əl-Əqsaya gələnləri su, xurma və şirniyyatla qarşılayıblar ("AFP").
 
İşğal hakimiyyəti Ramazan ayının son on günündə Əl-Əqsada etikafı (niyyət edərək məsciddə və məscid hökmündə olan bir məkanda bir müddət qalmaq-S.L.) qadağan edib.
Seçilən
99
moderator.az

1Mənbələr