Azərbaycan millisi yoldaşlıq oyunlarında əvvəlcə Haitiyə (0:3), daha sonra isə Belarusa (0:2) hesabıyla uduzub.
Veteran futbolçu Ceyhun Sultanov “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:
“İnanın ki, millidən danışmaq istəmirəm, şərh verməyə utanıram. Düzdür, gəncləri meydana buraxdı və potensiallarını bildik. Gələcəkdə bundan yuxarı olacağını deyə bilmirəm. Danışmaq çətindir. Bu gün baş məşqçiləri ispan ola-ola taxta kimi futbolçuları ispan futbolu kimi oynatmağa çalışır. Ayağında top saxlaya bilməyənlər bizə qarşı ispan futbolu oynadı. Buna üzülürəm, utanıram”.