Bakı. Trend:
Boliviya hökuməti ölkədə şiddətli yağışların səbəb olduğudaşqınlar nəticəsində fövqəladə vəziyyət elan edib.
Trend xəbər verirki, bu barədə Boliviya prezidenti Luis Arse məlumat verib.
"Təbii fəlakətlər bizi ölkədə fövqəladə vəziyyət elan etməyəməcbur edir. Bu gün biz müvafiq fərman dərc etmişik ki, bu dadəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işinisürətləndirəcək", – Arse hökumət üzvlərinin iştirakı ilə keçirilənmətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şiddətli yağışlar nəticəsində 209 bələdiyyəzərər çəkib. Prezident qeyd edib ki, 818 ev selin təsirinə məruzqalaraq dağılıb, hökumət onların bərpası üçün tədbirlərgörəcək.
Fəlakət nəticəsində 51 nəfər həyatını itirib, 8 nəfər isə itkindüşmüş hesab edilir.
Boliviyada yağışlı mövsüm ötən ilin noyabrında başlayıb. Songünlərdə vəziyyət daha da ağırlaşıb. Rəsmi məlumatlara görə, bu,son 40 ilin ən güclü yağışlarıdır.