Bakı. Trend:
Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminindəaralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilənüfuz edən xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-insorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polisəməkdaşları tərəfindən saxlanılıb.
"Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır",-deyə məlumatda qeyd edilib.