AZ

Vaşinqton avtomobil idxalına 25 % rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp ABŞ-də istehsal olunmayan bütün avtomobillərə 25 faizlik rüsum tətbiq edəcəklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp yerli istehsalı artırmaq məqsədilə idxal edilən avtomobil və yük maşınlarına 25 faizlik gömrük rüsumunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Ağ Evdə imzalanma mərasimində çıxış edən Tramp bunu “Amerikanın qurtuluş gününün başlanğıcı” kimi qiymətləndirib.

"Bizim edəcəyimiz şey ABŞ-də istehsal olunmayan bütün avtomobillərə 25 faizlik rüsum tətbiq etməkdir", - deyə Tramp bildirib.

ABŞ-də istehsal ediləcəyi təqdirdə heç bir tarif tətbiq edilməyəcəyini bildirən Tramp, şirkətlərin gömrük rüsumunu ödəməmək üçün ABŞ-yə qayıtdığını bildirib.

ABŞ-nin əsl qurtuluş gününün qarşılıqlı tariflərin açıqlanacağı 2 aprel olacağını təkrarlayan Tramp, avtomobil tariflərinin də bu tarixdən qüvvəyə minəcəyini bildirib. 

Tramp tariflərin avtomobil sənayesində "böyük" artıma səbəb olacağını və əczaçılıq sənayesini ölkəyə qaytarmaq üçün dərmanlara da tariflər tətbiq edəcəklərini vurğulayıb. 

Tramp, həmçinin idxal olunan taxta-şalban üçün tariflərin gələcəyinə işarə edib.

ABŞ Prezidenti Tramp bildirib ki, Konqresdə Amerika istehsalı olan avtomobillər üçün kreditlər üzrə faiz ödənişlərinin vergidən düşülməsinə imkan verən qanun layihəsinin qəbulu üzərində işləyir.

Gələn həftə açıqlanması planlaşdırılan ikitərəfli tariflərə toxunan Tramp, "Biz çox ədalətli olacağıq. Əslində çox yumşaq olacağıq. Digər ölkələr bizimlə yumşaq davranmadılar, amma biz yumşaq davranacağıq" deyib.

Ağ Ev bildirib ki, 25 faizlik tarif sedanlar, krossoverlər, mikroavtobuslar və yük furqonları, yüngül kommersiya avtomobilləri, eləcə də mühərriklər, transmissiyalar, güc aqreqatları və elektrik komponentləri kimi əsas avtomobil hissələrinə şamil ediləcək və lazım gələrsə, hissələrə əlavə vergilər tətbiq etmək üçün proseslərə başlanılacaq.

Seçilən
48
50
cebheinfo.az

10Mənbələr