ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bəyanatları Kiyevə mane olur. O, Kreml ideyalarından sitat gətirir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"İnanıram ki, bu, bizi sülhə yaxınlaşdırmayacaq. Bu, təəssüf ki, ABŞ-ın Rusiyaya təzyiqini zəiflədəcək", - o bildirib.