Sumqayıtda baş verən hadisənin görüntüsü sosial şəbəkədə gündəm olub. Avtosfer.az xəbər verir ki, hadisə martın 24-də qeydə alınıb.
Belə ki, 10-HO-010 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn avtomobilin ona yol vermədiyinə əsəbiləşərək yolun ortasında park edib. Bu zaman o, avtomobildən düşərək qarşısındakı xanım sürücüyə yaxınlaşıb. Mübahisə edən sürücü daha sonra avtomobilinə doğru yaxınlaşarkən ehtiyatsızlıq nəticəsində görüntünü qeydə alan avtomobilin güzgüzünü yerindən qoparıb.
Sözügedən videonu təqdim edirik.
Fərid