Qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib.
Publika.az xəbər verir ki, 1/4 final mərhələsində “Bavariya”nı doğma meydanda darmadağın edən (4:1) “Lion” yarımfinala yüksəlib. Səfərdə keçirilən ilk oyunda rəqibini 2:0 hesabı ilə üstələyən Fransa klubunun finala gedən yoldakı rəqibi də məlumdur.
“Dişi aslanlar” bu mərhələdə “Arsenal”la mübarizə aparacaq. İngiltərə təmsilçisi səfərdə 0:2 hesabı ilə uduzduğu “Real”dan doğma meydanda revanş ala bilib – 3:0.
1/4 finalın “Barselona” – “Volfsburq” (ilk oyun 4:1) və “Çelsi” – “Mançester Siti” (ilk oyun 0:2) cütlərində cavab görüşləri bu gün keçiriləcək. Bundan sonra ikinci yarımfinal cütünün adı müəyyənləşəcək.