Cənubi Afrikada timsah yeddi yaşlı uşağa hücum edərək onun qolunu qoparıb.
Editor.az xəbər verir ki, hadisə keçən cümə günü Şimali Qərb əyalətindəki Rudekoppies bəndində, Cohander Blomun ailəsi ilə balıq tutarkən dayaz sularda oynadığı yerdə baş verib. Təhlükəni ilk görən və kömək etməyə çalışan, lakin faciənin qarşısını ala bilməyən doqquz yaşlı dostu Dilan da onun yanında olub.
Uşağın atası Korn və digər böyüklər uşaqlardan təxminən 25 metr aralıda olublar. Qışqırıqları eşidənlər dərhal suya qaçıblar və Yohanderi sürükləyən nəhəng timsah görüblər. Korn oğlunu timsahın ağzından çıxara bilsə də, oğlanın sol əli dişlənib. Ana və ata yaraya cəld ilkin tibbi yardım göstərərək uşağı özləri xəstəxanaya çatdırıblar.
Yohanderin vəziyyəti sabitləşdikdən sonra o, hadisə yerindən 100 kilometrdən çox məsafədə yerləşən Albertondakı xüsusi xəstəxanaya aparılıb. Həkimlər uşağı süni komaya salıblar və hazırda vəziyyəti stabildir.
//Gülnarə Abasova, Editor.az