Fransa prezidenti Emmanuel Makron Parisdə keçirdiyi mətbuat konfransında Türkiyə barədə də danışıb.
Publika.az xəbər verir ki, Makron Türkiyənin Qara dənizdəki rolunun əhəmiyyətini vurğulayıb.
"Qara dənizi müharibə zonasına çevirən və beynəlxalq ticarət yollarını, xüsusən də Afrikaya gedən taxıl dəhlizlərini təhlükə altına qoyan yeganə tərəf Rusiyadır. Türkiyənin son illərdə bu mövzuda göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Çünki Türkiyənin beynəlxalq razılaşmalar çərçivəsində Qara dənizdə çox xüsusi rolu var.
Qara dənizdə baş verənlərə görə məsuliyyəti bu gün Avropanın və ya başqa kiminsə üstünə atmaq tarixi yenidən yazmaq deməkdir. Çünki Zelenskinin qəbul etdiyi təklif çərçivəsində dənizdə, havada və mülki infrastrukturlarda atəşkəs nəzərdə tutulub”, - deyə prezident qeyd edib.