Sea Breeze

ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətləri Azərbaycanda fəaliyyətə başlayır.

BAKU.NEWS xarici KİV-lərə istinadən xəbər verir ki, İlon Maskın Starlink kosmik internet provayderi 2025-ci ilin 1-ci yarısına kimi Azərbaycanda fəaliyyətə başlayacaq.

Artıq qonşu ölkə Gürcüstanda fəaliyyətə başlayıb.

Qeyd edək ki, ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” arasında “Starlink”in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb.

ETX
ETX
ETX