
Rusiyanın bütün banklarının "SWIFT" beynəlxalq bank sisteminə qoşulmasıbu ölkənin mövcud hakimiyyətinin hərəkətlərindən asılı olacaq. Bunu ABŞ Maliyyə naziri Skott Bessant bildirib.
Reyting.az-ın məlumatına görə, S. Bessant "Fox News" telekanalına müsahibəsində deyib ki, hazırda Rusiyanın Qara dənizdə müvəqqəti olsa da atəşkəs əldə etmək üçün irəli sürdüyü şərtlərin ABŞ-nın ümumi maraqlarına uyğun olub-olmadığı nəzərdən keçirilir.
Nazir xüsusi vurğulayıb ki, Rusiya rəhbərliyinin gələcək mövqeyi və fəaliyyəti bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyaların daha da gücləndiriləcəyini, yaxud zəiflədiləcəyini müəyyən edəcək.
Bessant əlavə edib ki, prezident Tramp danışıqlarda bu məsələlərə daha da çox üstünlük verəcəyi təqdirdə sanksiyaları artırmaqdan çəkinməyəcək.
Oqtay QORÇU