Gürcüstanın Svaneti bölgəsində əcnəbi turist qar uçqunu nəticəsində ölüb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti təsdiqləyib.
Ölənin ispaniyalı qadın turist olduğu bildirilir. Məlumata görə, qar uçqunu turist qrupu Uşqulidə bələdçisiz xizək sürərkən baş verib.
Qrupun digər üzvlərinin xəsarət almadığı bildirilib.