Türkiyənin Bursa vilayətində yerləşən “Karvansaray” otelində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Türkiyə Xizək və Snoubord Müəllimlər Dərnəyinin sədri Yəhya Usta, xanımı Fikriyə Usta və onların Alp dağlarında dünya xizək çempionu olan 24 yaşlı oğlanları Berkin Usta dünyasını dəyişib.
***
10:05
Türkiyənin Bursa vilayətində yerləşən hoteldə güclü yanğın baş verib.
Modern.az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, Uludağda baş verən yağında 1 nəfər ölüb.
Bursa Böyükşəhər Bələdiyyənin sədri Mustafa Bozbey 4 nəfərin xilas edildiyini bildirib.
Hoteldə işləyən 12 nəfərdən 9-u xilas edilib, 3 nəfər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yanğının səbəbi müəyyən olunmayıb.
Qeyd edək ki, hotel 78 nəfərin həlak olduğu Kartalkaya faciəsindən sonra fəaliyyətini dayandırıb.