Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Halları İdarəetmə Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, dörd turistdən ibarət qrup bələdçi olmadan xizəklə sürüşürmüş. Onların nişanlanmış yollardan kənarda olduqları ehtimal edilir. Turistlərdən biri qar uçqununun altında qalaraq həlak olub, digər üç nəfər isə xəsarət almayıb.