Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşduğu qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.