AZ

Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...

Ağcabədi rayon sakini Zəfərbənd Şəhla Ədalət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qızı ağır ürək xəstəsi olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillik dərəcəsi vermir:

“Mən, Zəfərbənd Şəhla Ədalət qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qızım Zəfərbənd Asi Sərvanh qızı ürək qüsürlu xəstədir. Maddi imkanımız zəif olduğundan, uşağın iynə-dərmanını ala bilmirəm. Əvvəllər pensiya alsaq da, son zamanlar kəsiblər. Səbəb olaraq isə “uşağın sağladığını” göstərirlər. Halbuki, qızımın vəziyyəti çox acınacaqlıdır.

Onu da deyim ki, özüm şəkər xəstəsiyəm, yoldaşım isə gözdən əlildir. Bu səbəbdən, rəsmi qurumlardan dahiş edirik ki, qızımın pensiyasının bərpa olunmasına köməklik göstərsinlər”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bildirdilər ki, Ağcabədi rayon sakini 2012-ci il təvəllüdlü Zəfərbənd Asi Sərvan qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir “forma-88” göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Asi Zəfərbənd ilə bağlı yeni “forma-88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.

Jalə FAMİLQIZI

Seçilən
10
hurriyyet.az

1Mənbələr