Astana. Trend:
Qazaxıstan İrəvan və Bakı arasında sülh və dövlətlərarasımünasibətlərin qurulmasına dair Saziş layihəsinin mətni üzrədanışıqların başa çatmasını alqışlayır.
Trend-inməlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart TokayevErmənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanıbildirib.
"Bu əlamətdar hadisə Ermənistan və Azərbaycan arasında möhkəmsülhün bərqərar olmasının müjdəçisi olacaq və regionun, o cümlədənQazaxıstan və bütün Mərkəzi Asiya ölkələri ilə təhlükəsizliyinmöhkəmlənməsinə, fəal əməkdaşlığın inkişafına töhfə verəcək", -deyə Tokayev vurğulayıb.
Xatırladaq ki, martın 13-də Azərbaycan XİN Azərbaycan vəErmənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasıhaqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığınıelan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional MinskQrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasınınzəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesiilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davametdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.