“Rosoboroneksport” şirkəti aprelin 1-dən 4-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək LAAD-2025 sərgisində Rusiya müdafiə sənyesinin istehsalı olan hərbi məhsulları nümayiş etdirəcək.
Bu barədə “Poliqon” “Rosoboroneksport” şirkətinə istinadən xəbər verib.
Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, rəhbərlik etdiyi şirkətin LAAD-2025-də iştirakının əsas məqsədi Latın Amerikası regionu ölkələri ilə texnoloji əməkdaşlıq layihələrini müzakirə etməkdir.
“Bu gün silah və hərbi texnika istehsalı sahəsində əsas qlobal tendensiya milli müdafiə sənayesinin inkişafı yolu ilə “strateji muxtariyyət” kimi müəyyən edilib ki, bunun da sayəsində 2030-cu ilə qədər qlobal silah bazarında texnologiya transferi sahəsində layihələrin payı 95% artaraq ümumi həcmin 40%-nə çatacaq. Latın Amerikasında atıcı silahların, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların, zirehli texnikaların, təyyarələrin və dəniz platformalarının birgə inkişafı və istehsalı üzrə layihələr hazırlamağı planlaşdırırıq”, – deyə direktoru A.Mixeyev qeyd edib.
LAAD-2025 sərgisində “Rosoboroneksport” nümayiş olunacaq məhsullar aşağıdakılardır:
Su-57E və Su-35 qırıcıları;
İl-76MD-90A(E) hərbi nəqliyyat təyyarəsi;
Mi-171Ş və Ka-52E helikopterləri;
T-90MS tankının yeni versiyası;
BMPT atəş dəstəyi maşını;
S-400 “Triumf” uzun mənzilli zenit-raket kompleksi;
S-350E “Vityaz” və Tor-M2K orta mənzilli zenit-raket kompleksləri;
“İqla-S” daşınan zenit-raket kompleksi;
BK-10 yüksəksürətli hücum kateri;
BK-16E sürətli nəqliyyat və desant çıxarma kateri;
Layihə 22160 patrul gəmisi və s.
“Rosoboroneksport” sərgidə Latın Amerikasının dövlət və özəl müəssisələri ilə tərəfdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.
Həmçinin, LAAD-2025-in biznes proqramı çərçivəsində “Rosoboroneksport” Braziliyanın və region ölkələrinin müdafiə nazirlikləri, habelə digər təhlükəsizlik qurumlarının nümayəndələri ilə əsaslı görüşlər və danışıqlar aparmağı planlaşdırır.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */