AZ

"O günü heç vaxt unutmayacam" - Mateo Kovaçiç

"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç yaddaşından silinməyəcək andan danışıb.

Fanat.Az xəbər verir ki, xorvatiyalı futbolçunun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Məncə, ən çətini Premyer Liqanın qalibi olmaqdır. İngiltərədə əvvəldən oynayırdım. "Mançester Siti"yə gəldiyim ilk ildə çempionluq sevinci yaşamaq inanılmaz idi. O günü heç vaxt unutmayacam".

Xatırladaq ki, Kovaçiç "Mançester Siti" 2023-cü ilin yayında "Çelsi"dən keçib.

Nihat

Seçilən
32
fanat.az

1Mənbələr