AZ

"Sabah"ı "Sumqayıt"la matç ərəfəsində yalnız milli üzvü qayğılandırır

Misli Premyer Liqasının 28-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Sabah" "kimyaçılar"a qarşı yalnız 1 futbolçusunu oynatmaya bilər.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Hazırda komandada cəzalı futbolçu yoxdur. Millinin düşərgəsində zədə alan Amin Seydiyevin meydana çıxıb-çıxmayacağı isə hələ dəqiq bilinmir. Başqa heç bir oyunçu zədəli deyil".

Qeyd edək ki, martın 29-da keçiriləcək "Sumqayıt" - "Sabah" qarşılaşması Bakı vaxtı ilə 19:00-da baş tutacaq.

Nihat

Seçilən
130
fanat.az

1Mənbələr