AZ

Macarıstanda Ukrayna ilə bağlı referendum keçiriləcək

Macarıstan Ukraynanın tələsik Avropa İttifaqına (Aİ) daxil olmasına etiraz edir, çünki hansı ərazinin müzakirə olunduğu bəlli deyil.

İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas jurnalistlərlə görüşündə məlumat verib: "Bu gün biz hansı ərazi vahidinin Aİ-yə qoşulmaq istədiyini bilmirik, çünki söhbət qismən işğal olunmuş, hərbi əməliyyatlara məruz qalmış ölkədən gedir".

O, həmçinin qeyd edib ki, Ukraynanın sürətlə Aİ-yə qəbulu Avropa ölkələrinin iqtisadiyyatına düzəlməz ziyan vuracaq.

Bundan əlavə, Macarıstan hökuməti Ukraynanın Aİ-yə qəbul edilməsinə bu ölkədəki Zakarpatiyadakı macar azlığının hüquqlarının pozulmasına görə etiraz edir. Martın 20-də Brüsseldə keçirilən sammitdə baş nazir Viktor Orban Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü və milyardlarla avro hərbi yardımı nəzərdə tutan birgə bəyanatı dəstəkləməkdən imtina edib. Yaxın vaxtlarda Macarıstanda bu məsələ ilə bağlı referendum keçiriləcək. Budapeşt Brüssellə məsləhətləşmələrdə öz nəticələrini rəhbər tutacağını bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
86
1
ikisahil.az

2Mənbələr