İnşaat məhsullarının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsi olan OMİD daha bir uğura imza atıb.
“Qafqazinfo” xəbər verir ki, şirkət bu gün Göyçayda tək mərtəbədə ən böyük mağazasının açılışını edib.
Göyçay rayonu, Məmməd Rəşid dairəsi yaxınlığında yerləşən yeni mağazanın ümumi sahəsi 3160 kv.m-dir.
Artıq Göyçay və ətraf bölgələrin sakinləri istədikləri məhsulları bir ünvanda uyğun qiymətə əldə edə biləcəklər.
Geniş məhsul çeşidinə malik OMİD Göyçay mağazası təkcə təmir-tikinti deyil, mətbəx və məişət məhsulları axtaranlar üçün də ideal alış-veriş məkanı olacaq. Müştərilər buradan boya, yapışdırıcı, plastik boru və fitinqlər, gips, alçı, o cümlədən məşhur markalara məxsus istilik sistemləri, divar kağızları, çilçıraqlar, müxtəlif növdə elektrik, məişət malları, ev aksesuarları, ən müasir usta alətləri, soyuducu, paltaryuyan, qabyuyan və digər məhsulları həm nəğd, həm də hissəli ödənişlə ala biləcəklər.
OMİD Mağazalar Şəbəkəsi Göyçay mağazasının açılışı ilə əlaqədar olaraq möhtəşəm kampaniyalara start verib. Mağazadan 100 Azn-lik alış-veriş edən hər kəs “Super lotereya”da iştirak etmək hüququ qazanacaq. Lotereyanın uduş fonduna daxildir:
1 ədəd Samsung soyuducu
2 ədəd Shıvaki soyuducu
2 ədəd Samsung paltaryuyan maşın
2 ədəd Samsung qabyuyan maşın
5 ədəd Salvanini 3-lü mətbəx dəsti (aspirator, bişirmə paneli,soba)
5 ədəd Jamaky ətçəkən
5 ədəd Primax su filtri
Loterayaların əldə edilmə müddəti 01.04.2025-ci il tarixindən 15.05.2025-ci il tarixinədəkdir.
Kampaniyalar bununla yekunlaşmır. OMİD Göyçay mağazasından 50 Azn-lik alış-veriş edən müştərilər hədiyyə çarxını çevirərək onlarla hədiyyədən birini qazanmaq fürsəti əldə edəcək. Bu şansı qaçırmayın.
Hörmətli Göyçay və ətraf bölgələrin sakinləri!
Möhtəşəm endirimlərimiz, bol məhsul çeşidi, uyğun qiymətlər və peşəkar xidmətimizlə sizi yeni, OMİD Göyçay mağazamızda gözləyirik. Yolunuzu mağazamızdan salın, fürsətləri dəyərləndirin.