"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov 1993-cü ilin 26 mart tarixində 68 yaşında dünyasını dəyişib.
“Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşəbbüsü ilə bir qrup veteran futbolçu və hakimlər Tofiq Bəhramovun məzarını ziyarət edib və əklil qoyublar. Ziyarətdə Tofiq Bəhramovun yaxınları iştirak edib. Anım ziyarətinin iştirakçıları, həmçinin, şöhrətli futbolçu Anatoli Banişevski, tanınmış hakim Eldar Əzimzadə və AFFA-nın ilk prezidenti Fuad Musayevin qəbirlərini ziyarət edərək onları yad ediblər.
Ruhları şad olsun!



