AZ

“Real”ın ulduzunu təhqir etmiş azarkeş cəzasını aldı

İspaniya La Liqasının 24-cü turunun “Osasuna” – “Real” oyununda (1:1) baş vermiş xoşagəlməz hadisə hüquqi qiymətini alıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Zorakılığa qarşı komissiya bu oyunda “qaymaqlılar”ın braziliyalı ulduzu, hücumçu Vinisius Junioru təhqir etmiş azarkeşi cərimələməyi təklif edib.

Tribunada “Vini”nin ünvanına təhqir yazılmış lövhə asmış, eləcə də narkotik maddə istifadə etmiş azarkeş 2 min avro məbləğində cərimələnib. Üstəlik, bu azarkeşə idman yarışlarını 4 ay müddətində ziyarət etmək qadağan edilib.

Komissiya həmçinin İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində “Real Sosyedad”, – “Real” oyununda (0:1) Vinisiusun başına gəlmiş hadisəyə dair qərar qəbul edib. Bu oyunda “Vini”ni təhqir etmiş, brazilyalı futbolçunun ünvana ksenofob və irqi şüarlar səsləndirmiş iki azarkeş 4 min avro məbləğində cərimələnib. Həmçinin bu şəxslərin, idman məkanlarını və binalarını 12 ay müddətində ziyarət etmələrinə qadağa qoyub.

Seçilən
132
arena.az

1Mənbələr