1993-cü ilin 26 mart tarixində 68 yaşında dünyasını dəyişən dünya şöhrətli hakim Tofiq Bəhramovun anım günü keçirilib.
Fanat.Az xəbər verir ki, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşəbbüsü ilə bir qrup veteran futbolçu və hakimlər Bəhramovun məzarını ziyarət edərək əklil qoyublar.
Ziyarətdə Tofiq müəllimin yaxınları da iştirak ediblər. Anım ziyarətinin iştirakçıları həmçinin şöhrətli futbolçu Anatoli Banişevski, tanınmış hakim Eldar Əzimzadə və AFFA-nın ilk prezidenti Fuad Musayevin qəbirlərini ziyarət edərək onları yad ediblər.