AZ

Vinisius: “Argentinaya qarşı çox pis oynadıq”

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior Braziliya millisində dəyişikliklərə ehtiyac olduğu qənaətindədir.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “Vini” müvafiq qənaətə, “selesao”nun DÇ-2026-nın CONMEBOL bölgəsi seçmə mərhələsində əzəli rəqib Argentina yığması ilə 14-cü tur səfər oyunundan (1:4) sonra gəlib:

“Bizə hər şeyi düşünüb-daşınmaq gərəkdir. Biz paltardəyişmə otağına daxil olduq, danışmağa isə sözümüz yox idi. Gəlin, meydanda nə etdiklərimiz haqda azacıq düşünək. Biz çox pis oynayırdıq, Argentina yığması isə öz azarkeşləri qarşısında əla oyun nümayiş etdirdi. Bizə hər şeyi düşünüb-daşınmaq gərəkdir… Dəyişikliklər gərəkdir… Mən dünya çempionatında oynamışam və onu uduzmuşam. Mən daha birini də uduzmaq istəmirəm”, deyə Vinisius vurğulayıb.

14 turdan sonra Argentina yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlinə 31 xalla başçılıq edir. Braziliya millisi isə 21 xalla 4-cü pillədədir.

Seçilən
70
arena.az

1Mənbələr