AZ

Türkiyə taxıl müqaviləsinin yenidən başlaması ilə bağlı qərarın olmadığını bildirib

Qara dənizdə taxıl dəhlizinin yenidən işə salınması ilə bağlı rəsmi qərarlar hələ verilməyib.

Editor.az bu barədə türk mənbələrinə istinadla xəbər verir.

Hərbi Nazirlikdən bildirilib ki, Qara dəniz taxıl dəhlizi uzun müddətdən sonra beynəlxalq siyasi arenada yenidən gündəmə gəlib.

“Lakin hələlik bu məsələ ilə bağlı heç bir rəsmi qərar verilməyib. Türkiyə qlobal və regional sülhə töhfə vermək üçün əlindən gələni etməyə hazırdır”, – mənbələr vurğulayıblar.

Onların fikrincə, keçmişdə taxıl dəhlizinin yaradılması dünyada ərzaq böhranının qarşısını almağa imkan verib. Milli Müdafiə Nazirliyi bu problemin təkrarlanmaması üçün respublikanın səlahiyyətli orqanlarının lazımi tədbirlər görməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Qara dəniz taxıl sazişi 22 iyul 2022-ci il tarixindən 17 iyul 2023-cü il tarixinədək qüvvədə idi. Daha sonra Rusiya administrasiyası yaranan fikir ayrılıqlarına görə müqavilənin müddətini uzatmaqdan imtina etdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr