UEFA və FIFA İsrailin beynəlxalq futboldan kənarlaşdırılması ilə bağlı məsələdə böyük təzyiqlə üz-üzə qalıblar.
Arena.az “The Independent” nəşrinə istinadən məlumat verir ki, sözügedən məsələdə bu təşkilatlar, Rusiyanın beynəlxalq futbola qaytarılması ilə bağlı məsələ ilə müqayisədə daha çox təzyiq yaşayırlar.
Daha əvvəl Fələstin Futbol Assosiasiyası (PFA) bəyan edib ki, təşkilaın ən azı 92 yerli futbolçusu İsraillə hərbi münaqişə zamanı həlak olub. Ölkənin futbol infrastrukturu dağıdılıb, yarışların keçirilməsi dayandırılıb, milli yığma komanda isə ev oyunlarını xaricdə keçirmək məcburiyyətində qalıb.
FIFA müvafiq məsələni təxirə saldığı ilə bağlı dəfələrlə tənqidlərə tuş gəlib. Bu, azarkeşlərin “İsrailə qırmızı vərəqə göstərin!” adlı hərəkatının geniş vüsət alması ilə nəticələnib. Nümayişlər artıq İtaliya, İspaniya, Fransa, Yunanıstan, Şotlandiya, İrlandiya, Türkiyə və Malayziyada baş tutub. Hərəkat “təşkilatların müvafiq nizamnamələrini tətbiq edilmək və İsraili yarışlardan kənarlaşdırmaq” tələbi ilə UEFA və FIFA-nın ünvanına “birbaşa bildiriş” çağırışı yönəltməyə hesablanıb.
Göründüyü kimi, UEFA və FIFA gerçəyi hələ də görməzdən gəlirlər.