AZ

"Liverpul"un futbolçusu digər İPL klubuna keçə bilər

"Liverpul"un müdafiəçisi Carell Kuansa karyerasını digər Premyer Liqa təmsilçisində davam etdirə bilər.

Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı arxa xətt oyunçusunun xidmətində "Nyukasl" maraqlıdır.

"Qırmızılar"ın bu keçid üçün "sağsağanlar"dan nə qədər istəyəcəkləri dəqiq açıqlanmasa da,  məbləğin yetərincə çox olacağı vurğulanıb. 

Qeyd edək ki, Kuansanın "Liverpul"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm klubunun forması ilə 22 matça çıxıb.

Seçilən
97
fanat.az

1Mənbələr