Braziliya millisinin baş məşqçsisi Dorival Junior Argentina yığmasına böyükhesablı gözlənilməz məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, “selesao” 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 14-cü turu çərçivəsində səfərdə əzəli rəqibi Argentina yığmasına gözlənilmədən 1:4 hesabı ilə məğlub olub.
“Bu böyük məğlubiyyətdir. Mən bunu etiraf etməliyəm. Mən vəziyyətin ciddiliyini dərk edirəm, amma öz işimə də qüvvətlə inanıram, bütün bunun tərəqqisinə. Bu, mürəkkəb və çətin işdir. Mən, bizim dügün yola çıxacağımıza şübhə etmirəm. Mənim, futboldakı bütün bu illər və təcrübəmlə, bu, mümkündür. İndi ən incə məqamdır. Mən heç vaxt təslim olmuram və rəhərlik etdiyim klublarda həmişə əhəmiyyətli uğurlara nail olmuşam”, – AS dərgisi Dorival Juniordan sitat gətirir.
14 turdan sonra Argentina yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlinə 31 xalla başçılıq edir. Braziliya millisi isə 21 xalla 4-cü pillədədir.