AZ

Evdə tək buraxılan 1.3 yaşlı uşaq aclıqdan xəstəxanalıq oldu, vəziyyəti ağırdır

Tovuzda ana 1 yaş 3 aylıq uşağı ölümə tərk edib.

Ölkə.Az xəbər verir ki, bu iddia ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış edib. O, vəziyyəri ağır olan körpə uşağın xəstəxanaya yerləşdirildiyini deyib.
Azyaşlı hazırda Bakıda Respublika Pediatriya Mərkəzində müalicə alır:

“Körpə davamlı olaraq ac qalıb, bədənin bütün mineralları tükənib. Bədənində su balansı bərbaddır, ac qalmaqdan bağırsaq keçilməzliyi yaranıb. Şiddət göstərilmə ehtimalı var. Səs tonu yuxarı olduqda titrəməyə başlayır, çəki azlığı var. 1 yaş 3 aylıq uşaq 5 kq çəkidədir. Qarnında elə köp var ki, ürəyi yükləyib, taxikardiyası var.

Tovuzdan olan körpənin vəziyyətinin ağır olması uzun müddət aclıqdan əziyyət çəkməsi ilə əlaqədardır. Bu fikir mənə həkimlərin uşağın anamnezi ilə bağlı bildirdiklərindən formalaşıb.

Əgər bütün bunlar həkimlərin təqdim edəcəyi arayışlar  ekspertiza rəyi olaraq qəbul edilərsə, bu qadına mütləq cinayət işi açılmalı və o cəzasını almalıdır”, - deyə o bildirib.

Billurə


 

Seçilən
9
2
olke.az

3Mənbələr