AZ

Azərbaycanın Almaniyaya ixracı 5 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 485 milyon 359 min ABŞ dolları təşkil edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,85 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Almaniyaya ixracı 5,03 dəfə artaraq 284 milyon 927 min ABŞ dollarına çatıb. Almaniyadan idxal isə 76,31% artımla 200 milyon 431 min ABŞ dolları olub.

Almaniyanın Azərbaycanın ümumi ixracında payı 5,98%, ümumi idxalında isə 4,84% təşkil edib.

Maya Hüseynova

Seçilən
20
valyuta.az

1Mənbələr