Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş işrejimində fəaliyyət göstərib.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 -26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub. Buçağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinəhospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardımgöstərilib.
58 region üzrə isə bayram günlərində təcili tibbi yardımxidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibbmüəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerindəzəruri yardım göstərilib.
Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.
Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159,hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixindəmüraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi,müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respiratorxəstəliklər və s. ilə bağlı olub.