İNSANLARA KÖÇÜRƏ BİLMƏK ÜÇÜN
Çin alimləri orqan nəqli sahəsində çatışmazlığı həll etmək üçün donuz orqanlarını genetik olaraq dəyişdirirlər.
Çinli tədqiqatçılar, heyvanlardan insanlara orqanların köçürülməsində yeni irəliləyişlər, o cümlədən donuz böyrəyi və qaraciyərinin nəqlinin də daha əlverişli üsul olacağını bildiriblər.
Geni dəyişdirilmiş donuz böyrəyi ilə yaşayan çinli xəstə üçüncü şəxsdir. Çin mediası onun 8 il əvvəl böyrək çatışmazlığı diaqnozu qoyulmuş 69 yaşlı qadın olduğunu bildirib. Eyni tədqiqat qrupu, beyin ölümü olan bir insana donuz qaraciyərinin implantasiya edildiyini də bildirib.