Rusiya amerikalı sahibkar İlon Maskın Marsa planlaşdırılan missiyasını dəstəkləyə bilər.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Rusiya Marsa missiya üçün kiçik miqyaslı atom elektrik stansiyası və digər qabaqcıl texnoloji imkanlar təklif edə bilər.
Rusiyanın Mars missiyası üçün təklif edə biləcəyi çox şey var, çünki ölkədə tətbiq oluna biləcək bəzi nüvə texnologiyaları var.
Mask ilə əməkdaşlıq Rusiya üçün vacibdir və videokonfranslar vasitəsilə əməkdaşlıq məsələləri üzrə görüşmək və irəliləyiş imkanı var", - Dmitriev əlavə edib.
Martın 15-də Dmitriyev bəyan edib ki, Rusiya və Amerika tərəfləri 2029-cu ildə Marsa birgə missiya göndərməlidir.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Maskın 2026-cı ilin sonunda insanabənzər robot "Optimus"un olduğu kosmik gəminin Marsa uçacağını elan etdiyi postunu belə qiymətləndiri: