Parisdə Ukraynaya dəstək sammitində iştirak edənlər hesab edirlər ki, Rusiyaya qarşı sanksiyaların ləğvinin vaxtı hələ çatmayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Ukraynaya qısamüddətli dəstəyə gəlincə, biz yekdilliklə razılaşdıq ki, indi hər hansı sanksiyaları ləğv etməyin vaxtı deyil”, - TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukrayna ilə münaqişənin indiki mərhələsində Rusiyaya qarşı sanksiyaların ləğvinin səhv olacağı fikrini bildirmişdi.
Bizim.Media