AZ

Ev işləri xərçəng riskini azalda bilər – 100 minə yaxın insan araşdırıldı

Ev işləri xərçəng riskini azalda bilər –

Evdə yerinə yetirilən sadə fiziki fəaliyyətlər – xərçəng riskini azaltmaq üçün təsirli bir üsul ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Oksford Universitetinin professoru Aiden Doherty, gündəlik hərəkətlərin, məsələn, gəzmək və ev işləri görməyin – intensiv idmandan daha çox fayda verə biləcəyini və xərçəng riskini dörddə bir azaltma ehtimalını açıqlayıb.

Araşdırmalara görə – ev işləri, alış-veriş və hətta tozsoranla təmizlik etmək kimi fəaliyyətlər – xərçəng riskini azaldan sağlam vərdişlər sırasındadır. Xüsusilə evdə görülən fiziki fəaliyyətlər həm bədən, həm də ruhi sağlamlıq üçün əhəmiyyətli təsir göstərir.

Tədqiqat çərçivəsində 85.394 orta yaşlı insanın gündəlik fəaliyyət səviyyəsi biləklərinə taxılan cihazlarla izlənilib. Məlum olub ki, ən aktiv insanların xərçəng riski – daha az hərəkət edənlərə nisbətən dörddə bir azdır.

Gündəlik addım sayı da riskə təsir edir:

7000 addım atanlarda xərçəng riski, 5000 addım atanlara nisbətən 11% daha azdır.
9000 addım atanlarda isə bu göstərici 16% azalır.

Beləliklə, sadə fiziki fəaliyyətlər, o cümlədən ev işləri və gəzinti, maddələr mübadiləsini gücləndirərək orqanizmin xərçəngə qarşı müqavimətini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
13
e-saglam.az

1Mənbələr