AZ

Banklara ən çox əmanət yerləşdirilən regionlar

2025-ci ilin yanvar ayına olan məlumatlara əsasən, ölkə üzrə banklara yerləşdirilən ümumi əmanətlərin həcmi 14 milyard 698 mln. manat təşkil edib. 

Valyuta.Az xəbər verir ki, ümumi əmanətlərin 9 mlrd. 781 mln. 88 min manatı milli valyutada, 4 mlrd. 917 mln. 567 min manatı isə sərbəst dönərli valyutada (SDV) saxlanılır. 

Əmanətlərin böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşür.

Belə ki, 31 yanvar tarixinə olan məlumata əsasən, Bakı iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu və Gəncə-Daşkəsən iqtisadi rayonu banklara ən çox əmanət yerləşdirən rayonlardı. 

Bu ərazilərdə müvafiq olaraq banklara 12 mlrd. 977 mln. manat, 520,788 mln. manat və 235,177 mln. manat əmanət yerləşdirib.

Digər rayonlarla aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

İqtisadi rayonun adı Cəmi əmanət (min manat)
1 Bakı iqtisadi rayonu 12,977,758
2 Abşeron-Xızı iqtisadi rayonu 520,788
3 Gəncə-Daşkəsən iqtisadi rayonu 235,177
4 Quba-Xaçmaz iqtisadi rayonu 138,748
5 Lənkəran-Astara iqtisadi rayonu 131,786
6 Mərkəzi Aran iqtisadi rayonu 123,277
7 Şəki-Zaqatala iqtisadi rayonu 122,496
8 Qazax-Tovuz iqtisadi rayonu 110,475
9 Qarabağ iqtisadi rayonu 91,826
10 Naxçıvan iqtisadi rayonu 74,278
11 Şirvan-Salyan iqtisadi rayonu 71,004
12 Mil-Muğan iqtisadi rayonu 52,310
13 Dağlıq Şirvan iqtisadi rayonu 43,713
14 Şərqi Zəngəzur iqtisadi rayonu 503

Ən çox SDV-də əmanət yerləşdirən rayonların siyahısına da 4 mlrd. 721 mln. 498 min manatla Bakı iqtisadi rayonu başçılıq edir. 

Növbəti sırada:

İqtisadi rayonun adı SDV-də əmanət (min manat)
1 Bakı iqtisadi rayonu 4,721,498
2 Abşeron-Xızı iqtisadi rayonu 93,726
3 Gəncə-Daşkəsən iqtisadi rayonu 26,923
4 Şəki-Zaqatala iqtisadi rayonu 15,077
5 Quba-Xaçmaz iqtisadi rayonu 11,593

Qeyd edək ki, əmanətlərin əksəriyyəti müddətli əmanətlərdir. Ən çox müddətli əmanət Bakı iqtisadi rayonunda, ən az əmanət isə Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Qeydə alınan əmanətlər müvafiq olaraq 7 milyard 746 mln. manat və 503 min manat olub. 

Rəhim

Seçilən
56
valyuta.az

1Mənbələr