"Mançester Yunayted" İtaliya A Seriyasından mərkəz müdafiəçisi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Messaggero Veneto" yayıb.
Məlumata görə, bu, "Udineze"nin oyunçusu Umar Soledir. Mənbə Udine təmsilçisinin 25 yaşlı futbolçunu azı 40 milyon avroya satmağa razı olacağını vurğulayıb.
Cari mövsüm Sole A Seriyasında 10 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Nihat