AZ

Ramşteyn görüşü iştirakçıları Kiyevə hərbi yardımın artırılmasını müzakirə edəcək

Ukraynaya silah tədarükü üzrə təmas qrupunun Ramşteyn formatında növbəti iclası aprelin 11-də Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclas Qərbin Kiyevə hərbi yardımının artırılmasına həsr olunacaq.

“Biz Parisdə razılaşdıq ki, sülh prosesini dəstəkləmək və danışıqlara ciddi yanaşmaq üçün Rusiyaya təzyiqi artırmaqda davam etməliyik”, - Starmer bildirib.

Starmer qeyd edib ki, bu, ilk növbədə, hərbi təzyiqin artırılması deməkdir və Ukraynanın döyüşə hazırlığını təmin edəcək.

Seçilən
91
3
report.az

4Mənbələr