"Arsenal"ın futbolçusu Bukayo Saka uzun müddətdən sonra məşqlərə qayıdıb.
QOL.az xəbər verir ki, klubun mətbuat xidməti sosial şəbəkə hesabında Sakanın məşqdən fotosunu paylaşıb.
İngiltərəli futbolçu ötən ilin dekabr ayında əməliyyat olunmuşdu.
Qeyd edək ki, Saka bu mövsüm "topçular"ın heyətində Premyer Liqada 16 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib. O, həmçinin Çempionlar Liqasında 5 matçda 4 qol vurub və 2 qol ötürməsi edib